"İnter" Hollandiya millisinin üzvünü transfer etmək istəyir

"İnter" yay transfer pəncərəsi dönəmində klubu tərk etmə ehtimalı böyük olan Əşrəf Hakiminin alternativi kimi Hollandiya millisinin üzvünü transfer etmək istəyir.
 
Sport7.az xəbər verri ki, milanlılar mərakeşli müdafiəçinin potensial əvəzləyicisi kimi "PSV Eyndhoven"in 25 yaşlı sağ cinah müdafiəçisi Denzel Dumfriesi görür. Hazırda Hollandiya millisi ilə Avro-2020-də çıxışlarını davam etdirən futbolçu 2 qola da imza atmağı bacarıb.

Dumfries 2014-17-ci illəri "Sparta Rotterdam", 2017-18-ci illər mövsümünü "Herenven"də keçirib. 2018-ci ildən etibarən isə "PSV" formasını geyinir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR