"İnter"in sabiq baş məşqçisi bu klubla anlaşıb

"İnter"in sabiq baş məşqçisi Lusiano Spalettinin yeni iş yeri müəyyənləşmək üzrədir.

Sport7.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Napoli" ilə anlaşıb. Artıq iki aydır klubla fəal danışıq aparan məşqçinin mövsümün sonunda komandaya keçid edəcəyi bildirilib.

"Napoli" rəhbərliyinin hazırkı çalışdırıcı Cennaro Qattuzo ilə mövsümün sonunda yollarını ayıracağı bildirilir.

Hazırda neapollular A seriyasında 60 xalla 5-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR