İnzaqi Premyer Liqada görünə bilər

İnzaqi Premyer Liqada görünə bilər

"Latsio”nun baş məşqçisi Simone İnzaqi karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sport7.az xəbər verir ki, mütəxəssis Premyer Liqa klublarının hədəfindədir. "Lester” və "Tottenhem” İnzaqini baş məşqçi postuna görmək istəyir. "Tülkülər” hazırkı çalışdırıcısı Brendan Rocersi komandanı tərk edəcəyi halda italiyalı ilə danışıqlara başlayacaq.

London təmsilçisi isə İnzaqini potensial baş məşqçi gözü ilə baxır. Amma "Latsio” rəhbərliyi də mütəxəssisi itirmək istəmir. Romalılar çalışdırıcı ilə yeni müqavilə imzalamağa hazırlaşır. Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, İnzaqi klubdan ayrıla bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR