"İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik" - Alesio

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Yunanıstan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini səsləndirib.
 
Sport7.az həmin fikirləri diqqətinizə çatdırır: 
 
Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): "Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı. Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq. İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik”.

Giannis Ziavas (Yunanıstan milli komandasının baş məşqçisi): "Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR