İtaliya klubu çempionata buraxılmadı

İtaliya klubu çempionata buraxılmadı

"Kyevo” B seriyasından kənarlaşdırılıb.

Sport7.az xəbər verir ki, Verona təmsilçisi bu liqada oynamaq üçün qeydiyyatdan keçə bilmədiyi üçün yarışa buraxılmayıb. Buna səbəb klubun maliyyə sabitliyi barədə sənəd təqdim edə bilməməsidir. Qaydalara əsasən İtaliyada hər bir klub bu sənədi təqdim etməlidir.

"Kyevo”nun maliyyə durumunu "Co.Vi.So.C” şirkəti yoxlayıb və mənfi qiymətləndirib. Bu üzdən də klub B seriyasından çıxarılıb. Lakin veronalılar dərhal apelyasiya verib və şikayətin müsbət nəticəsinə ümid edir.

Vaxtilə A seriyasında da oynamış "Kyevo” ötən mövsüm B seriyasında 8-ci yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR