Jiru üç klubun hədəfində

Jiru üç klubun hədəfində

"Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, fransalı hücumçu A seriyasının iki klubunun maraq dairəsindədir.

"İnter” və "Latsio” təcrübəli forvardı heyətinə qatmaq istəyir. Bu yay müqaviləsi başa çatacaq Olivye yeni komandasına azad agent kimi qoşula bilər. Fransa millisi ilə dünya çempionu olan forvardı Türkiyə təmsilçisi "Fənərbaxça” da heyətinə qatmaq istəsə də, forvardın "Böyük beşlik” liqalarına üstünlük verəcəyi gözlənilir.

Olivye cari mövsümün 28 oyununda 11 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR