Kapitandan qərar

Kapitandan qərar

"Mançester Siti”nin kapitanı Fernandinyo klubda qalmaq istəyir.

Sport7.az xəbər verir ki, bir müddət əvvəl komandadan ayrılacağı deyilən braziliyalı yarımmüdafiəçi ən azı daha bir mövsüm "şəhərlilər”lə qalacaq.

36 yaşlı "sambaçı” mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq qərarına gəlib. Fernandinyo bir neçə təklif almasına baxmayaraq, hələ də yüksək səviyyədə oynamaq iqtidarında olduğu üçün yeni sazişə razılıq verib. Rəhbərlik isə onu saxlamaqla yanaşı, həmin mövqeyə daha bir oyunçu almağı planlaşdırır.

Fernandinyo 2013-cü ildən "Mançester Siti”nin şərəfini qoruyur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR