"Kəpəz" Bakının MOİK kollektivini qəbul edəcək

Gəncənin "Kəpəz" klubu növbəti matçına çıxır.

Sport7.Az Kəpəz Tv-yə istinadən xəbər verir ki, oyundan öncə son məşqinə çıxan meydan sahiblərinin hazırlıq prosesi yüksək əhval-ruhiyyədə keçib. 9-cu turda "Lokomotiv" üzərində qazanılan qələbə gəncəli futbolçulara əlavə stimul verir.

Komandanın heyətində cəmi 1 itki var. "Hərbiçilər"lə qarşılaşmada müdafiəçi Vasif Mehrəliyev forma geyinə bilməyəcək. Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurmasıdı. Çimərlik futbolu üzrə yığma komandanın heyətində Dubayda təlim-məşq toplanışında iştirak edən qapıçı Davud Kərimi artıq düşərgəyə qoşulub.

Sonda qeyd edək ki, Gəncə şəhər stadionunda baş tutacaq "Kəpəz" - MOİK görüşü saat 13:00-da başlayacaq.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR