“Kəpəz” birinci divizion təmsilçisi ilə bacarmadı

“Kəpəz” birinci divizion təmsilçisi ilə bacarmadı

 

Hazırlığı Bakıda davam etdirən "Kəpəz” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Sport7.az xəbər verir ki, "Sarı-göylər” MOİK-lə qarşılaşıb. Birinci divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu matçda baş məşqçi Şahin Diniyev meydana start 
"11-lik”də Davud Kərimi, Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov və Tural Qürbətovu buraxıb.

"Kəpəz” bu gün daha bir sınaq matçına çıxacaq. Komanda saat 15:00-da AZAL-la qarşılaşacaq.

Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR