"Kəpəz" topdaşıyanlara, MOİK geyim formasına görə cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 20-ci turu çərçivəsində yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul olunub: 
 
07.04.2021-ci ildə I Divizionun XX turunun MOİK – "Sabah-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
07.04.2021-ci ildə I Divizionun XX turunun MOİK – "Sabah-2” oyununda MOİK komandasının geyim formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur. (maddə 69.5)
 
07.04.2021-ci ildə I Divizionun XX turunun MOİK – "Sabah-2” oyununda "Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
07.04.2021-ci ildə I Divizionun XX turunun "Keşlə-2” – "Turan Tovuz” oyununda "Keşlə-2” klubunun 78 nömrəli futbolçusu Şirin Şirinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
08.04.2021-ci ildə I Divizionun XX turunun "Kəpəz” – "Zaqatala” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.2)
 
08.04.2021-ci ildə I Divizionun XX turunun "Sumqayıt-2” – "Qaradağ Lökbatan” oyununda "Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
08.04.2021-ci ildə I Divizionun XX turunun "Qarabağ-2” – "Neftçi-2” oyununda "Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
08.04.2021-ci ildə I Divizionun XX turunun "Qarabağ-2” – "Neftçi-2” oyununda "Neftçi-2” klubunun 40 nömrəli futbolçusu Vüqar Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47).

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR