"Keşlə" 10 futbolçusu ilə müqviləni yenilədi

"Keşlə" 10 futbolçusu ilə müqavilə müddətini artırmağa qərar verib.
 
Sport7.az xəbər verir ki, klub rəhbərliyi Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmli və Elçin Mustafayevlə (icarə müddəti artırılmışdır) əməkdaşlıq müqaviləsinin müddətinin daha bir il artırılması barədə qərar qəbul edib.
 
Buna qədər Şəhriyar Əliyev, Rəhman Hacıyev və Turan Vəlizadə ilə də yeni müqavilə bağlanmışdı. Müqavilə ilə "Neftçi"yə məxsus olan Rəhmanla Turan "Keşlə"də icarə əsasında çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR