"Keşlə" Amil Yunanovu qaytardı, yeni legioner transfer etdi

"Keşlə" heyətini yeni futbolçularla gücləndirib. 
 
Bunu Sport7.az-a açıqlamasında komandanın baş məşqçisi Sənan Qurbanov bildirib. Mütəxəssis Amil Yunanovu və daha bir legioner, Felipe Santosu transfer etdiklərini söyləyib. Son mövsümü "Səbail"də keçirən Yunanov 2018-2019-cu illərdə də "Keşlə"nin formasını geyinib. Yaxın vaxtlarda transferlərin detalları haqda klubdan açıqlama veriləcəyi gözlənilir.
 
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Keşlə" buna qədər Merab Qiqauri, Aldair Sapalo Amaro Neto və Omar Qudiabini heyətinə qatıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR