"Keşlə"nin rəqibi 6 futbolçu ilə müqavilə bağladı

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Keşlə” ilə qarşılaşacaq Rusiya klubu "Soçi” bir neçə futbolçusu ilə müqaviləni yeniləyib.

Sport7.az xəbər verir ki, Rusiya təmsilçisi Soslan Canayev, Kristian Noboa, Artur Yusupov, İbrahim Çallaqov, Kirill Zayka və Maksim Barsov ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Amma futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Bakı təmsilçisi "Soçi” ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR