Konfrans liqası:

Konfrans liqası: "Qarabağ", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində gerçəkləşəcək tədbir öncəsi qitə futbol qurumu iştirakçı komandaları qruplara bölüb.

Azərbaycanı bu yarışda təmsil edəcək "Qarabağ”, "Sumqayıt” və "Keşlə”nin mümkün rəqibləri bəlli olub. Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb.

I qrupda qərarlaşan Premyer Liqanın bürünc mükafatçısı "Sumqayıt” ilk görüşündə "Apollon” (Kipr), "Hapoel" (Beer-Şeva, İsrail), "Çukariçki” (Serbiya), "Styaua” (Rumıniya) və ya "Vorskla”ya (Ukrayna) rəqib olacaq.

II qrupda yer alan Azərbaycan kubokunun sahibi "Keşlə”nin potensial rəqibləri AEL (Kipr), "Sivasspor” (Türkiyə), "Soçi” (Rusiya), "Astana” (Qazaxıstan) və "Makkabi”dir (Təl-Əviv, İsrail).

6-cı qrupdakı "Qarabağ”ı nisbətən zəif komandalar gözləyir. Ağdam təmsilçisi bu mərhələdə "Velej” (Bosniya və Herseqovina) – "Kolreyn” (Şimali İrlandiya), "Payde” (Estoniya) – "Şlensk” (Polşa), "Laçi” (Albaniya) – "Buduçnost” (Monteneqro) cütlərinin qalibi, İsrail klubu "Aşdod” və Bolqarıstan təmsilçisi "Lokomotiv”dən biri ilə qarşılaşacaq.

II təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR