Kvaratsxeliyaya İtaliyadan növbəti

Kvaratsxeliyaya İtaliyadan növbəti "elçi"

Gürcüstan millisinin və Rusiya "Rubin"inin futbolçusu Xviça Kvaratsxeliya ilə İtaliyanın daha bir klubu maraqlanır.
 
Sport7.az xəbər verir ki, 20 yaşlı hücumameylli yarımmüdafiəçini "Atalanta"nın da diqqətini cəlb edib. 
 
Bu barədə "Tuttomercatoweb" nəşri məlumat yayıb. 

Berqamo təmsilçisi Kvaratsxeliya üçün "Yuventus", "Milan", "İnter", "Napoli" və Almaniyanın "Borusiya" (Dortmund) klubu ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu mövsüm "Rubin"in heyətində 21 oyun keçirmiş Xviça Kvaratsxeliya 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Gənc futbolçu DÇ-2022-nin martdakı oyunlarında İspaniya və Yunanıstan yığmalarının qapısına da yol tapıb. Kazan təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi olan Kvaratsxeliyanın transfer qiyməti 10 milyon avro olaraq dəyərləndirilir.

Xatırladaq ki, Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR