ÇL-də həftənin oyunçusu məlum oldu

ÇL-də həftənin oyunçusu məlum oldu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sport7.az xəbər verir ki, yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez layiq görülüb. 30 yaşlı oyunçu evdə Fransanın PSJ komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

İlk görüşdə də eyni hesablı qələbə qazanan "şəhərlilər" finala adını yazdırıb. Mançester təmsilçisinin həlledici oyundakı rəqibi digər Premyer Liqa təmsilçisi "Çelsi" olacaq.
 
Final mayın 29-da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR