La Liqa klubu futbolçusu ilə 10 illik müqavilə bağladı

La Liqa klubu futbolçusu ilə 10 illik müqavilə bağladı

"Osasuna" futbolçusu Yon Monkayola ilə müqavilənin müddətini uzadıb.

Sport7.az xəbər verir ki, bu haqda La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 10 illik yeni sözləşmə imzalanıb.

Klub ispaniyalı oyunçuya ilk 2 il üçün 22 milyon, növbəti illər üçün isə 20 milyon avro təzminat qiyməti qoyub.

2019-cu ildən "Osasuna"nın əsas komandasında çıxış edən Yon Monkayola 63 oyunda 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR