"Latsio"nun yeni baş məşqçisi müəyyənləşdi

"Latsio"nun yeni baş məşqçisi bəlli olub.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Roma təmsilçisi Mauritsio Sarriyə həvalə olunub.

A Seriyasında çıxış edən klub mütəxəssisin adını açıqlamasa da, tvitterdəki siqaret paylaşımı ilə bunun Sarri olduğuna işarə vurub.

Son iş yeri "Yuventus" olan 62 yaşlı mütəxəssis bu vəzifədə Simone İnzagini əvəzləyib.
 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR