Lempard Premyer Liqa klubuna təyinat ala bilər

Lempard Premyer Liqa klubuna təyinat ala bilər

Frenk Lempard tezliklə baş məşqçi kimi fəaliyyətini bərpa edə bilər.

Sport7.az xəbər verir ki, gənc mütəxəssisin "Kristal Pelas”ın sükanı arxasına keçmə ehtimalı var.

Premyer Liqa təmsilçisi hazırkı çalışdırıcısı Roy Hocsonla mövsümün sonunda yeni müqavilə imzalamağı planlaşdırmır. Bu posta əsas namizəd isə Lemparddır. 2019-cu ilin yayından bu ilin yanvarına qədər "Çelsi”yə rəhbərlik edən 42 yaşlı mütəxəssis "Kristal Pelas” rəhbərliyi ilə danışıq aparır.

"Kristal Pelas” hazırda 41 xalla Premyer Liqada 13-cü pillədə qərarlaşır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR