Lissabona yollanacaq cüdoçularımızın adları açıqlandı

Lissabona yollanacaq cüdoçularımızın adları açıqlandı

Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı aprelin 16-18-də keçiriləcək.
 
Sport7.az xəbər verir ki, yarış "Tokio-2020”yə lisenziya xarakterli olduğundan mühüm əhəmiyyət daşıyır. Azərbaycan komandası bu turnirdə 8 kişi, 1 qadın cüdoçu ilə təmsil olunacaq. Komandanın heyətində titullu və təcrübəli idmançılarla yanaşı, gənc və perspektivli cüdoçular da yer alıb. Avropa çempionatında iştirak edəcək hər bir cüdoçunun medal şansı var.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib. O, qeyd edib ki, qitə çempionatında hazırlıqla bağlı Azərbaycan milli komandası həm xaricdə, həm ölkə daxilində keçirilmiş təlim-məşq toplanışlarında iştirak edib. Kişilərdən ibarət millimiz Özbəkistanda "Böyük dəbilqə” turnirindən sonra həmin ölkədə qalaraq təlim-məşq toplanışı keçib. Tbilisi və Antalya "Böyük dəbilqə” turnirlərindən sonra isə millimiz Sumqayıtda daha bir təlim-məşq toplanışına qatılıb.
 
Babanlı qeyd edib ki, qadın idmançılarımız zədə səbəbindən qitə çempionatına geniş heyətlə qatılmayıblar. Kişilər arasında Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kiloqram), Murad Fətiyev, Hidayət Heydərov (81 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kiloqram) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) gücünü sınayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR