"Liverpul"un futbolçusu Avropa Çempionatına getməyəcək

"Liverpul"un və Hollandiya millisinin futbolçusu Vircil van Deyk Avropa çempionatına yollanmaqdan imtina edib.

Sport7.az xəbər verir ki, 29 yaşlı müdafiəçi qərarını zədədən sonra bərpa dövrü keçməsi ilə əlaqələndirib. Van Deyk Avropa çempionatında oynamayacağına üzüldüyünü və çətin, amma düzgün qərar qəbul etdiyini vurğulayıb. O, növbəti mövsümün hazırlıqlarına köklənəcəyini bildirib.

Van Deyk ötən ilin oktyabrında "Everton"la Premyer Liqa qarşılaşmasında xaçabənzər bağlarından zədə alıb. Avropa çempionatı iyunun 11-də start götürəcək. UEFA van Deyki 2019-cu ilin ən yaxşı futbolçusu seçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR