"Liverpul"un futbolçusu İsveçrədə

"Liverpul" Liam Milları satıb.

Sport7.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını "Bazel"də davam etdirəcək. Bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb. Millar İsveçrəlilərə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

"Bazel" yarımmüdafiəçi üçün Mersisayd klubuna 1,5 milyon avro ödəyib.

Kanada yığmasının futbolçusu "Liverpul"un əsas komandası ilə bir oyuna çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR