"Liverpul"un təcrübəli futbolçusu Avropa Superliqası ideyasına qarşı çıxdı

"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner Avropa Superliqası ideyasını tənqid edib.
 
Sport7.az xəbər verir ki, 35 yaşlı futbolçu şəxsi "Twitter" səhifəsində Avropa Superliqası planına dair tənqidi mesajlar yazıb. Həmçinin "Lids"lə matçdan sonra "Sky Sports"a açıqlama verən Milner bu sözləri söyləyib: "Yalnız öz şəxsi fikrimi deyə bilərəm. Sevmirəm və bunun olmasını istəmirəm".
 
"Liverpul" İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "Lids"in qonağı olub. Görüşdə 1:1 hesablı nəticə qeydə alınıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR