Ölkə prezidenti milli komandaya belə dəstək oldu

Ölkə prezidenti milli komandaya belə dəstək oldu

Ukrayna Prezidenti Vladimir Zelenski İngiltərəyə 0:4 hesablı məğlubiyyətdən sonra ölkəsinin komandasına dəstək olub.

Sport7.az xəbər verir ki, prezidenti özünün rəsmi "feysbuk” səhifəsinə bunları yazıb:

"Heç bir məğlubiyyət Ukraynanı sındıra bilməz!

Ağrılar keçəcək, yaralar sağalacaq və biz daha güclü şəkildə irəli gedəcəyik.

Bəli, bizi ağrıdır, biz təəssüflənirik, amma utanmırıq! Ukrayna Avropa çempionatı "Top-8" güclü komandalar sırasında tamamlayır.

Bizim nəticələrimiz Fransa, Almaniya, Niderland, Portuqaliya kimi yığmalardan daha yaxşıdı.

Bizim əla və gənc komandamız var. Bu təcrübə bizi daha da güclü edəcək. Bizim əla məşqçilər heyətimiz var və onlar daha da müdrikləşdilər. Bütün bunlara görə bizim əsas qələbələrimiz irəlidərdi!

Mən inanıram ki, DÇ-2022-nin seçmə mərhələsini uğurla keçəcəyik və dünya nəhəngləriylə eyni sırada dayanacağıq. Ən vacibi budur!

"Ukrayna, Ukrayna!” – bu sədalar Amsterdamda, Buxarestdə, Qlazqoda, Romada səsləndi və Kiyevdə eşidildi. Bütün Avropa bizim səsimizi duydu. Ukraynanın hər bir nöqtəsindən insanlar öz milli komandalarına dəstək oldular.

Bütün bu zaman ərzində biz vahid komanda idi, əsl VAHİD UKRAYNA kimi!

Yola davam edirik. Sabah, birisigün və həmişə!

Ukraynaya eşq olsun!”

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR