Mahir Emreli bunu edə bilməyən ilk oyunçu oldu - Son 5 mövsümdə

Mahir Emreli bunu edə bilməyən ilk oyunçu oldu - Son 5 mövsümdə

"Qarabağ”ın futbolçusu Mahir Emreli Premyer Liqanın 2020/21 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.
 
Sport7.az xəbər verir ki, 24-cü turun "Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard 27-ci turun "Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluq yaşanmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf edilib. Həmin vaxt "Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.
 
Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb. Mahirlə Ağabaladan başqa 2011/12 mövsümündə Flavinyo ("Neftçi”) və Miloş Zeçeviç ("Rəvan”), 2013/14 mövsümündə Junior Nildo ("Xəzər Lənkəran”), 2014/15 mövsümündə Nurlan Novruzov ("Bakı) iki 11 metrlik zərbədən yararlanmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR