"Mahir Emreli keyfiyyətini göstərdi" - "Legiya"nın baş məşqçisi

Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avstriya Regional Liqasında çıxış edən "Bişofşofen"lə yoxlama matçında het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları söyləyib: "Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da göstərdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir. Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir".

"Bişofşofen"lə yoxlama matçı "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6, 22 və 36-cı dəqiqələrdə fərqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR