Mahir

Mahir "Legiya"dakı debütündə "het-trik" etdi

Millimizin üzvü Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.

Sport7.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofşofen"lə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub.
 
Emreli 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısının torunu silkələyib.

"Legiya" 5:0 hesablı qələbə qazanıb. Emreli 60-cı dəqiqədə əvəzlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR