Maksim Medvedev: “Vuruşmağa” hazırıq

Maksim Medvedev: “Vuruşmağa” hazırıq"

Avropa Liqasının qrup mərhələsində PAOK-la oyunöncəsi "Qarabağ"ın futbolçusu Maksim Medvedev mətbuat konfransında çıxış edib. 

Sport7.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu fikirləri səsləndirib:

"Fiorentina” ilə oyundan sonra bir neçə gün keçib. Sabahkı matçı səbirsizliklə gözləyirik. Sonuncu oyunumuza baxanda uşaqların ürəyi və gözləri yanır ki, PAOK qarşısında özümüzü yaxşı tərəfdən göstərək. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. "Vuruşmağa” hazırıq. Bizi necə oyun gözlədiyini bilirik. Həm millidə, həm də "Qarabağ”da bu cür vacib oyunlar öncəsi əla ab-hava olur. Motivasiya bizdə yüksək səviyyədədi. Döyüşkən ruh bizim futbolçularda var. Vuruşmağa hazırıq, özümüzə inanırıq. Millinin heyətində son görüşlərdə yaxşı nəticə əldə etmişik. Bunu "Qarabağ”da da davam etdirmək istəyirik".

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı sabah Tofiq Bəhrəmov adına Respublika stadionunda 21:00-da start götürəcək. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR