"Mançester Siti" və "Yuventus" bu futbolçu üçün mübarizə aparacaq

"Mançester Siti" İlkay Gündoğanın zədəsi səbəbindən yerinə yeni futbolçu axtarır. 

Sport7.az xəbər verir ki, İngiltərə klubu "Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzini İlkaya əvəzləyici olaraq görür. 

"Tuttomercatoweb"in yaydığı xəbərə görə, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri də 28 yaşlı fransız futbolçunun xidmətində maraqlıdır. 

Qeyd edək ki, Nzonzi 2015-ci ildən "Sevilya"nın şərəfini qoruyur. 

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR