"Mançester Siti"nin futbolçusu "milliləşdirildi" - İspaniya yığması üçün

"Mançester Siti"nin futbolçusu Emerik Laport İspaniya vətəndaşlığını alıb.

Sport7.az xəbər verir ki, bu haqda "Marca" yazıb. 26 yaşlı müdafiəçi qarşıdakı Avropa çempionatında İspaniya millisinə kömək edə biləcək. O, Fransada doğulsa da, milliyyətcə baskdır. "Mançester Siti"yə keçənədək Laport "Atletik"in formasını geyinib. Gənc yaşlarında isə Laport Fransanın aşağı yaş qrupları üzrə yığmasında çıxış edib.

11 iyun - 11 iyulda keçiriləcək Avropa çempionatında İspaniya yığması Polşa, Slovakiya və İsveçlə eyni qrupda yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR