"Mançester Yunayted"in sabiq futbolçusu karyerasını başa vurdu

"Mançester Yunayted"in sabiq futbolçusu Antonio Valensiya karyerasını başa vurub.

Sport7.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə instaqram hesabından paylaşım edib. Ekvadorlu oyunçu "Old Trafford" stadionunda yaşadıqlarını heç vaxt unutmayacağını yazıb.

2009 - 2019-cu illərdə "Mançester Yunayted"də çıxış etmiş Antonio Valensiya son olaraq Meksikanın "Keretaro" komandasının formasını geyinib.

İngiltərə təmsilçisinin heyətində iki dəfə Premyer Liqanın, bir dəfə ölkə kubokunun, 3 dəfə isə superkubokun qalibi olmuş Valensiya 2016/2017 mövsümündə həmin komanda ilə Avropa Liqasında qızıl medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR