"Mançester Yunayted"lə "Yuventus" arasında bu dəyişiklik ola bilər

"Mançester Yunayted" "Yuventus"da çıxış edən Kriştiano Ronaldonun transferi üçün aparıcı futbolçularının birindən imtina edə bilər.

Sport7.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı yazıb. "Qırmızı şeytanlar" 36 yaşlı portuqaliyalı hücumçuya görə Pol Poqbanı göndərməyi planlaşdırır. Mançester təmsilçisi Ronaldo ilə Poqbanı dəyişdirmək niyyətindədir.

Fransalı yarımmüdafiəçinin meneceri 2022-ci ildə başa çatacaq müqaviləni yeniləmək istəmədiklərini söyləyib.

Ronaldo 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.

Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real"a 117 milyon avroya keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR