Mançini İtaliya millisi ilə müqavilə müddətini uzatdı

Mançini İtaliya millisi ilə müqavilə müddətini uzatdı

Roberto Mançini İtaliya millisi ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb.

Sport7.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. 57 yaşlı mütəxəssisin ildə 3 milyon avro maaş alacağı bildirilib.

Mançini yığmaya 2018-ci ildən rəhbərlik edir. Əvvəllər o, "İnter", "Latsio", "Fiorentina" (hamısı İtaliya), "Zenit" (Rusiya), "Qalatasaray" (Türkiyə) və "Mançester Siti" (İngiltərə) komandalarının baş məşqçisi olub.

İtaliya millisi Avropa çempionatında Türkiyə, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda çıxış edəcək. Millətlər Liqasında İspaniya ilə qarşılaşacaq "Skuadra Adzurra" 2022-ci il dünya çempionatının seçmə mərhələsində İsveçrə, Şimali İrlandiya, Bolqarıstan və Litva ilə eyni qrupda mübarizə aparır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR