Mbappeyə cəlbedici təklif - Neymardan çox qazanacaq

Mbappeyə cəlbedici təklif - Neymardan çox qazanacaq

PSJ Killian Mbappe ilə danışıqlara başlayıb.

Sport7.az xəbər verir ki, Liqa 1 təmsilçisi forvarda 4 illik müqavilə təklif edir. Parislilər Mbappeyə ildə 35 milyon avro ödəməyə hazırdır. Bu, ötən həftə klubla yeni anlaşma imzalayan Neymarın qazancından 5 milyon çoxdur.

Killianı heyətində görmək istəyən "Real”la "Liverpul” belə yüksək maaş vəd etmək iqtidarında deyil. PSJ də məhz bu yolla ulduz futbolçunu heyətində saxlamağa qərar verib.

Forvardın hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR