Məğlubedilməz Fransa

Məğlubedilməz Fransa

Fransa millisini məğlubedilməzlik seriyasını artırıb.

Sport7.az xəbər verir ki, Didye Deşamın çalışdırdığı komanda ardıcıl 10 oyundu ki, uduzmur. Bu görüşlərdə 7 qələbə qazanan fransızlar 3 oyunda meydanda bərabərliklə ayrılıblar.

Fransa millisi sonuncu dəfə ötən ilin 11 noyabrında yoxlama görüşündə Finlandiyaya 0:2 hesabıyla uduzub.

Fransızlar F qrupunu 5 xalla lider kimi tamamlayıblar. 1/8 finalda onları İsveçrə ilə görüş gözləyir.
 
Sport7.az
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR