Məmmədov UEFA-nın baş katibi ilə görüşüb

Məmmədov UEFA-nın baş katibi ilə görüşüb

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.
 
Sport7.az xəbər verir ki, AVRO-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləmək üçün Azərbaycana səfərə gələn qurum rəsmisi ilə görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb.
 
UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR