“Məşqçinin etikası olmalıdı” – Vaqif Paşayev

“Məşqçinin etikası olmalıdı” – Vaqif Paşayev

Son günlər "Neftçi”də baş verənlər gündəmi zəbt edib. Xüsusən də kubokun yarımfinalında "Qarabağ”la oyundan sonra "Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin "Forza Neftçi” fanklubuna "xuliqan” deməsi. Təbii ki, bununla bağlı etirazlar var. Eyni zamanda futbol ictimaiyyətinin bir sıra nümayəndələri buna münasibətini bildirir. 

Məsələyə təcrübəli mütəxəssis Vaqif Paşayevin də münasibətini öyrənməyə çalışdıq. Paşayev Sport7.az-a açıqlamasında həm Elxan bəyin azarkeşlərlə bağlı fikrinə, həm də kubokun finalında kimin daha şanslı olduğuna toxundu:

"Xuliqan o adam ola bilər ki, xuliqanlıq edir. Kimsə edirsə ona xuliqan demək düzgün deyil. Dəqiq bilmirəm, ola bilər hirslənib deyib. Ona nə söylədiklərini bilmirəm. Bəlkə də təhqir ediblər deyə elə danışıb. Doğurdan da söyüblərsə bu xuliqanlıqdı. İstənilən halda məşqçinin etikası olmalıdı. Özünü güclü saxlamalıdı. Ona qarşı çox hərəkətlər edə bilərlər. Yalandan, söz ata, təxribata çəkə bilərlər. Bəziləri baş məşqçinin nə demək olduğunu anlamırlar. O komandnın prezidentidi. Sponsor pul verir. Amma nəticəyə cavabdeh məşqçidi. 

Şəxsi fikrimdi, mənə "istefa” qışqırsalar, o komandada 1 dəqiqə də qalmaram. Özü də blirlər ki, azarkeşdi. Yəni kənar adam deyil. Fərq etməz, qocadı, yaxud cavandı. Fanklubu tanıyıb-tanımamaq bir qədər düzgün deyil. Belə sözü götürmərəm. Mən də premyer-liqada işləmişəm. Amma özümə qarşı istefa şüarı eşitməmişəm. Əks halda o dəqiqə ərizəmi yazıb gedərdim. Narazılıq edirlər də. Nəticə olmayanda "sağ ol”, "yaxşı” deyilməlidi? Mən bilmirəm nə deyiblər ki, o da "xuliqan” sözünü işlədib. "Sumayıt”la oyunda gördüm ki, "Neftçi”nin azarkeşləri yaxşı hərəkətlər etmədilər. "İstefa” sözü ala bilər... Hər iki tərəfdə səhvlər ola bilər. Amma daxildə nələrin baş verdiyini bilmirəm. Mənə söz deyilirsə, deməli zəif işləyirəm və səhvlərim var. Qələbə qazana-qazana gedirəmsə, heç bir söz deməzlər. 

Digər tərəfdən məşqçi deyir ki, mənim qarşıma heç bir məqsəd qoyulmayıb. Adam bunu açıq şəkildə bildirir də. Daha ona nə söz demək olar ki? Nəticə istəmirlərsə "istefa” qışqırmaq da düzgün deyil axı. Məşqçi yalan danışa bilməz axı, onun rəhbəri var. Bir də ki, fikrimcə "Neftçi”ni gələn il üçün formalaşdırıblar. Bu il artıq getdi. Nə istəyirlərsə etsinlər. Elxan bir aya komanda yaradıb gedib qrupa düşsəydi, onu Mourinyodan da dahi saymaq olardı. Amma bu mümükün deyil axı. Komanda yaratmaq üçün vaxt lazımdı.

Kubokun finalı? Azərbaycanda iki komanda var. Hər ikisi Avropa səhnəsində özlərini göstərdilər. "Qarabağ” azərbaycanlı, "Qəbələ” gəlmə futbolçulardan təşkil olunub. Ona görə də şansları 50-nin 50-yə dəyərləndirirəm. Baxmayaraq ki, ürəyim "Qarabağ”a yatır. Çünki yetirməm orda oynayır. Bundan başqa ordakı futbolçuların bəziləri müəyyən vaxtlarda əlimin altında olub. Yaxud da, dostlarımın yanında məşq ediblər. Ona görə də ürəyim "Qarabağ”a yatır. İnanıram ki, "Qarabağ” qələbə qazanacaq”. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR