Messi La Liqadakı rekordunu yenilədi

Messi La Liqadakı rekordunu yenilədi

"Barselona”nın superulduzu Lionel Messi ölkə Primerasının ardıcıl 12 mövsümündə azı 25 qol vuran yeganə futbolçudur.

Sport7.az xəbər verir ki, 33 yaşlı argentinalı İspaniya çempionatının XXI turunda "Xetafe” ilə matçda (5:2) dubla imza atıb. Carı mövsümdə Messinin hesabında 25 qol və 9 məhsuldar ötürmə var.

Martda Messi əfsanəvi braziliyalı futbolçu Pelenin eyni çempionatda qolların hesabına görə rekordunu üstələyib. Bundan əlavə, argentinalı hücumçu "Barselona” ilə 35 titul qazanıb. O, komandası ilə 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya Kubokunda, 8 dəfə İspaniya Super Kubokunda, 4 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Super Kubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib adını qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR