Messi Pelenin rekordunu qırdı

Messi Pelenin rekordunu qırdı

"Barselona"nın ulduz futbolçusu Lionel Messi braziliyalı əfsanə Pelenin rekordunu növbəti dəfə qırıb.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib. 34 yaşlı forvard buna "Xetafe"ni 5:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXXI tur matçında nail olub. Görüşdə dubla imza atan Messi La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçu olub. Bundan əvvəl Pele 1957 - 1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.

Tarixdə hansısa futbolçu bir çempionatda Messi qədər fərqlənməyib.

Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayır. O, daha əvvəl ümumi qol sayında da Pelenin rekordunu geridə qoyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR