Messi və atası

Messi və atası "Barselona" ilə danışıqlara başlayıb

"Barselona”nın kapitanı Lionel Messi yeni müqavilə ilə bağlı danışıqlara start verib.

Sport7.az xəbər verir ki, argentinalı superulduzun menecerliyini edən atası Xorxe Messi rəhbərliklə danışıqlara başlayıb.

Ata Messi klub prezidenti Joan Laporta ilə bir neçə dəfə görüşərək məsələni müzakirə ediblər. Lakin danışıqlar hələlik şifahi şəkildə cərəyan edir. Tərəflərin şərtləri və müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.

Messinin "Barselona” ilə  müqavilə müddəti iyulun 1-nə qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR