Messi və Ronaldo eyni komandada?

Messi və Ronaldo eyni komandada?

"Barselona"nın prezidenti Xuan Laporta "Yuventus"un portuqaliyalı super ulduzu Kriştianu Ronaldonun transferini nəzərdən keçirir.
 
Sport7.az xəbər verir ki, Ronaldo və Messini eyni klubda çıxış etdirmək menecerin çoxdankı arzusudur. Mənbə eyni zamanda iddia edir ki, Laporta öz yaxın ətrafı ilə görüşdə Ronaldunun keçidi üzərində işlədiyini etiraf edib.

Ronaldonun transferi nəinki klubun oyununu gücləndirəcək, həm də klubun kommersiya baxımından cəlbediciliyini artıracaq.

Ronaldonun "Yuventus" ilə olan müqaviləsi 2022-ci ilin iyun ayında başa çatacaq. O, son mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 44 matçda 36 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR