"Milan" 21 yaşlı futbolçunu transfer etdi

"Milan” Sandro Tonali barədə qərarını verib.

Sport7.az xəbər verir ki, "rossonyerlər” gənc futbolçunu transfer edib.

İtaliya mətbuatı ötən mövsümü icarə əsasında bu komandada keçirən Tonalinin birdəfəlik transferinin bu gün rəsmən açıqlanacağını yazıb. Bu keçid müqabilində "Milan” Tonalinin müqavilə ilə məxsus olduğu "Breşiya” klubuna 15 milyon avro ödəyəcək. Həmçinin milanlıların bir gənc oyunçusu qarşı tərəfə keçəcək.

21 yaşlı Tonali ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR