"Milan" "Çelsi"nin daha bir futbolçusunu istəyir

"Milan" "Çelsi"dən daha bir futbolçunu transfer etmək istəyir.
 
Sport7.az xəbər verir ki, italyanlar Olivye Jiru ilə yanaşı, fransalı dayaq yarımmüdafiəçisi Temue Bakayokonu rənglərinə bağlamaq niyyətindədir.

"Zadəganlar" öz yarımmüdafiəçilərini hal-hazırda 20 milyon avro dəyərində qiymətləndirirlər və icarə ilə bağlı variantı isə ümumiyyətlə gözdən keçirmirlər. Vəziyyət yalnız bir halda - əgər Bakayoko "Çelsi" ilə müqavilə yeniləməyə qərar verərsə dəyişilə bilər.
 
Bakayokonun "mavilər"lə olan müqaviləsinin müddəti 2022-ci ilin iyun ayında başa çatır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR