Milanın bir təmsilçisi digərinin rekordunu qırdı

Milanın bir təmsilçisi digərinin rekordunu qırdı

İtaliya A seriyasının 36-cı turunda "Torino”nun qonağı olan "Milan” 7:0 hesablı qələbə qazanıb.

Sport7.az xəbər verir ki, bu qələbə "rossonyerlər” üçün əlamətdar olub.

Komanda cari mövsüm 15-ci səfər qələbəsini əldə edərək, şəhərin digər təmsilçisi "İnter”ə məxsus rekordu təkrarlayıb. "Neradzurra” 2006/07 mövsümündə eyni göstəriciyə imza atıb.
 
Ancaq "Milan”ın rekordu yeniləmək imkanı da var. Çünki Stefano Piolinin yetirmələrinin "Atalanta” ilə bir səfər görüşü qalır.

"Milan” sona iki tur qalmış 75 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR