Millimiz Belarusiya ilə qarşılaşacaq

Millimiz Belarusiya ilə qarşılaşacaq

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə iştirak edən Azərbaycanın U-19 millisinin növbəti rəqibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşacaq. Qarşılaşma yanvarın 20-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xatırladaq ki, millimiz dünən Estoniyaya 3:0 hesabıyla qalib gəlib.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR