Millimiz Gürcüstana baş məşqçisiz yollandı

Millimiz Gürcüstana baş məşqçisiz yollandı

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb.
 
Sport7.az xəbər verir ki, F qrupunda ev sahibləri, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.

Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona köməkliyi Dilqəm Qəhrəmanov, Akif Vəliyev edəcəklər.
Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitriy, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yegor, Rzazadə Mirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.
 
AVRO-2021-in seçmə mərhələsi
 
F qrupu, I dövrə, I tur,
 
7 may
 
Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
 
II tur
 
8 may
 
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
 
III tur
 
9 may
 
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan
 
II dövrə, IV tur
 
14 may
 
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
 
V tur
 
15 may
 
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
 
VI tur
 
16 may
 
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR