Millimiz meydan sahiblərinə məğlub olub

Millimiz meydan sahiblərinə məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 29-da  Qızıl Avropa Liqasında ikinci görüşünə çıxıb.
 
Sport7.az xəbər verir ki, voleybolçularımız ilk dövrəyə ev sahibliyi edən Rumıniya yığması ilə gücünü yoxlayıb. 

Görüş daha təcrübəlilərdən təşkil olunan rəqibin xeyrinə başa çatıb. Əsasən gənclərdən təşkil olunan və Klujda əsas komandada debüt edən təmsilçimiz 0:3 (14:25, 13:25, 11:25) hesabı ilə məğlub olub. A qrupunda yer alan yığmamız qrupda son oyununu bu gün Fransa millisinə qarşı keçirəcək.

Qrupumuzun digər matçında İspaniya və Fransa komandaları üz-üzə gəlib. Oyun birincilərin 3:1 (25:18, 22:25, 25:18, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, iki turdan sonra keçirdiyi hər iki görüşdən məğlub ayrılan yığmamız hələ də xalsızdır. Lider İspaniya 6 xala malikdir. Onlardan 1 xal geri qalan rumınlar ikinci yerdə qərarlaşıb. Fransızlar isə 1 xal yığa biliblər. 
 
Komandalar mayın 30-da baş tutacaq görüşlərdən sonra ikinci dövrəni - iyunun 4-6-da Fransada oynayacaqlar. 
 
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR