Millimiz qələbə qazandı

Millimiz qələbə qazandı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna hazırlaşan Azərbaycan millisi bu gün Bakıdakı hazırlıq prosesi çərçivəsində yoxlama matçında qüvvəsini sınayıb.

Sport7.az saytının məlumatına görə, Mahmud Qurbanovun başçılıq etdiyi komanda skandinaviyalılarla görüşə hazırlıq məqsədilə U-21-i sınağa çəkib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyununda azarkeşlər 6 qola şahidlik edib. Mahmud Qurbanovun yetirmələri Bernard Lippertin komandasına 4:2 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, millimiz Norveçlə noyabrın 16-da oynayacaq. Mataç saat 21:00-da keçiriləcək. 

Yoxlama oyunu

Azərbaycan - Azərbaycan U-21​ - 4:2
QOLLAR
: Mahir Şükürov, 24-pen, Rauf Əliyev, 38, Araz Abdullayev, 51, Məhəmməd Qurbanov, 87 - Namiq Ələsgərov, 29; 60-pen

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR