Millimiz Soçidə təlim-məşq toplanışı keçirəcək

Millimiz Soçidə təlim-məşq toplanışı keçirəcək

Rusiyanın Soçi şəhərində 14 ölkənin idmançıları arasında təlim-məşq toplanışı keçiriləcək. 15 iyun tarixində startı veriləcək məşqlərdə gənc millimizin 13 üzvü iştirak edəcək. 

Sport7.az xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev, məşqlərdə təcrübələrini artırmaq üçün idmançılardan Kənan Əmiraslanov, Səyyad Dadaşov, Eltac Cəfərov, Pünhan Mürsəlov, Nizami Hacıyev, Elmir İsmayılov, Yusif Qurbanov, Nicat İsmayılzadə, Xıdır Məmmədov, Vaqif Hacıyev, Rahid Vəliyev, Şamil Mirzəyev və Xanlar Xanəhmədovu heyətə cəlb edib.
 
Məşqlər 28 oyuna qədər davam edəcək. Millimiz artıq Soçi şəhərindədir.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR