Millimizin daha bir futbolçusu Polşa klubunda - VİDEO

Millimizin daha bir futbolçusu Polşa klubunda - VİDEO

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşa klubu "Visla"ya (Plotsk) transfer olunub.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.
 
Klub Krivotsyuku ictimaiyyətə təqdim edib.

Daha əvvəl yığmanın hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə 3+1 illik sözləşməyə imza atıb.

Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR